SİYASƏT
ƏSİR GÖTÜRÜLMÜŞ ƏSGƏR AZƏRBAYCANA QAYTARILACAQDIR
Azərbaycan Milli Ordusunun Ağdam bölgəsində yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Həmid Ələkbərov fevralın 13-də ermənilər tərəfindən əsir götürülmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iki dövlətin müdafiə nazirləri arasında aparılan danışıqlar nəticəsində əsgər Həmid Ələkbərov fevralın 18-də Azərbaycan tərəfinə qaytarılacaqdır.