İDMAN


ASİYA KUBOKUNU QAZANMIŞ İRAQ MİLLİ FUTBOL KOMANDASININ ŞƏRƏFİNƏ BAKIDA MƏRASİM TƏŞKİL EDİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, avqustun 3-də “Çanaqqala” restoranında İraq milli futbol komandasının Asiya kubokunu qazanması şərəfinə mərasim keçirilmişdir.

İraqın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmiş mərasimdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak etmişlər.

Qonaqları salamlayan İraqın Azərbaycandakı səfiri Ərşad Ömər İsmayıl bildirmişdir ki, ölkəsinin yığma futbol komandası tarixində ilk dəfə olaraq Asiya kubokunu qazanmışdır. Finalda İraq millisinin Asiya kuboku turnirinin üçqat qalibi Səudiyyə Ərəbistanı yığmasını məğlub etməsini yüksək nailiyyət hesab edən səfir, qarşıdakı beynəlxalq yarışlarda futbolçuların daha böyük uğurlar qazanacağına əminliyini bildirmişdir.

Ərşad Ömər İsmayıl demişdir ki, İraq yığması keçirdiyi 6 oyunda qapısından yalnız 2 top buraxmış və bu göstərici ilə yarışın ən yaxşı komandası elan edilmişdir.

İraq yığmasının bu uğurunda komandanın baş məşqçisi, 54 yaşlı braziliyalı mütəxəssis Yorvan Giyeranın xidmətinin əvəzsiz olduğu vurğulanmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.