ASLAN ABAŞİDZE SİYASƏTDƏN GETMƏK NİYYƏTİNDƏ DEYİLDİR
AzerTAg.az
Acarıstan Muxtar Respublikasının sabiq lideri Aslan Abaşidze siyasətdən getmək niyyətində deyil və Gürcüstanın düşdüyü çətin vəziyyətdən çıxması üçün ona mümkün olan bütün köməyi etməyə hazırdır. AZƏRTAC xəbər verir ki, Abaşidze bunu bazar günü Rusiya televiziyasının birinci kanalının “Vremena” proqramında bəyan etmişdir.
A.Abaşidze demişdir: “Mən Gürcüstanın düçar olduğu ağır vəziyyətdən çıxmasına köməyimi,- bu, iqtisadi və siyasi kömək olacaq - əsirgəməyəcəyəm və bu, onu həyata keçirmək üçün bütün imkanlardan istifadə edəcəyəm”.
Acarıstanın sabiq başçısı vurğulamışdır ki, siyasətçilər siyasət meydanından getmirlər. Abaşidzenin sözlərinə görə, ölkənin taleyi üçün çox böyük məsuliyyət məhz onun nəslinin üzərinə düşür. Elə məsuliyyət ki, o, bundan əvvəl nə Eduard Şevardnadzenin üzərinə düşmüşdür, nə də indi Mixail Saakaşvilinin üzərinə düşür.
A.Abaşidze demişdir: “Mənim əcdadlarım tamam başqa missiyanın daşıyıcılarıdır, babam parlament yaradaraq, Acarıstanı Gürcüstanın tərkibinə qaytarmağa imkan tapan rəhbər olmuşdur”. O vurğulamışdır ki, bu, Abaşidzelər nəslinin tarixi məsuliyyəti deməkdir və həmin məsuliyyət onun davamçılarının da üzərinə düşəcəkdir.
Xəbərin mətnində orfoqrafik səhv var