SİYASƏT


AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni məruzəçisi təyin olunub

Strasburq, 20 iyun, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının yay sessiyası çərçivəsində qurumun komitə və siyasi partiyalarının iclasları keçirilir.

AZƏRTAC xəbər verir ki, AŞPA yay sessiyası çərçivəsində Monitorinq Komitəsinin iclasında qurumun prosedurlarına uyğun olaraq Azərbaycan üzrə məruzəçilərin dəyişdirilməsi məsələsi müzakirə olunub.

AŞPA-nın Konservatorlar Partiyasının sədri, britaniyalı parlamentari Yan Lidel Qreyncer (Ian LIDDELL-GRAINGER) Azərbaycan üzrə birinci məruzəçi təyin olunub. O, öz həmyerlisi və həmkarı Riçard Bekonu əvəzləyib. Monitorinq Komitəsinin sabahkı iclasında andiçmə mərasimi keçiriləcək.

Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınmış, avstriyalı parlamentari Stefan Şenakın ikinci məruzəçi kimi müddəti artıq başa çatıb. Yay sessiyası çərçivəsində Monitorinq Komitəsinin növbəti iclasında Azərbaycan üzrə ikinci məruzəçinin də təyin olunacağı gözlənilir.

Xatırladaq ki, AŞPA prosedurlarına görə məruzəçilər 5 il müddətinə təyin olunurlar, ancaq COVID-19 pandemiyasına görə bütün məruzəçilər kimi S.Şenakın da həmməruzəçi kimi müddəti bir il artırıldı. Sonra o, yenidən müddətinin 6 ay uzadılmasını istədi. Ümumilikdə S.Şenak 6 il yarım AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi olub və daim qərəzli mövqeyini nümayiş etdirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.