DÜNYA
AŞPA ikinci turda Assambleyanın yeni rəhbərini seçə bilməyib
Bakı, 9 oktyabr, AZƏRTAC
Avropa Şurasının Parlament Assambleyası (AŞPA) payız sessiyasında sədr seçkilərinin ikinci turunda Assambleyanın yeni rəhbərini seçə bilməyib.
AZƏRTAC RİA Novosti Agentliyinə istinadla xəbər verir ki, üçüncü tur sabah səhər keçiriləcək. AŞPA sədrinin səlahiyyətlərini icra edən Rocer Heylin məlumatına görə, ümumilikdə 191 bülleten verilib, onlardan biri etibarsız sayılıb. Stella Kiriakides (Kipr) 121, Emanuelis Zinqeris (Litva) 69 səs alıb. Namizədlərin heç biri mütləq çoxluğu, yəni 152 səsi toplaya bilməyib. “Sabah səhər biz növbəti səsvermə turunu keçirəcəyik. Orada qələbə üçün sadə səs çoxluğu yetərli olacaq”, - deyə Heyl bildirib.
Xatırladaq ki, Pedro Aqramuntun könüllü istefasından sonra AŞPA-nın sədri postuna Kiriakides və Zinqerisin namizədliyi təklif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]