SİYASƏT


AŞPA komitəsinin iclasında Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsi qaldırılıb

Bakı, 7 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar and məcburi köçkünlər komitəsinin iclasında Livan ermənilərinin Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz köçürülməsi məsələsini qaldırıb.

AZƏRTAC xəbər verir ki, Beyrutda baş vermiş partlayışdan sonra yaranmış humanitar böhran səbəbindən dünya ictimaiyyətinin Livana dəstəyi fonunda Ermənistan siyasi rəhbərliyinin həlak olmuş insanların acıları üzərində siyasi oyun quraraq öz işğal siyasətini daha da möhkəmlətməyə çalışması AŞPA nümayəndə heyətlərinin diqqətinə çatdırılıb.

İclasda Ermənistan nümayəndə heyətindən də deputatın olmasına və moderator tərəfindən Ermənistana cavab haqqı verilməsinə baxmayaraq, Tatevik Hayrapetyan faktlar qarşısında susmağa məcbur olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.