SİYASƏT


AŞPA-nın komitə iclasında Azərbaycanın multikultural ənənələrindən danışılıb

Bakı, 18 may, AZƏRTAC

AŞPA-nın “Bərabərlik və anti-diskriminasiya” komitəsinin növbəti onlayn iclası keçirilib. İclasın gündəliyinə İslamofobiyaya qarşı mübarizə, miqrasiya siyasətinin gender aspekti, sosial bərabərsizliyin aradan qaldırılması, “namus cinayətləri” üzərində iş və bir sıra digər əhəmiyyətli məsələlər daxil edilib.

AZƏRTAC xəbər verir ki, iclasda iştirak edən Milli Məclisin deputatı Könül Nurullayeva Vətən müharibəsindən sonra Qarabağda İslam və xristian dini abidələrinin bərpası istiqamətində görülən işlərdən və Azərbaycandakı multikulturalizm ənənələrindən danışıb.

“Avropada islamofobiyanın qarşısının alınması və bu istiqamətdə maarifləndirmə” mövzusunda fikirlərini auditoriya ilə bölüşən K.Nurullayeva çıxışı zamanı Avropa cəmiyyətində kök salmış əsassız İslamofobiya, müsəlman əhalisi, xüsusilə müsəlman qadınları və gənclərinə qarşı edilən ayrı-seçkilikdən bəhs edib. Dünyəvi dövlət olaraq, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi Azərbaycan nümunəsinə toxunan deputat, əvvəlcə, Qarabağda 30 ilə yaxın bir müddətdə yerlə-yeksan olunmuş məscidlərimizə diqqət çəkib. Deputat Qarabağda məscid və kilsələri eyni anda bərpa edən multikultural Azərbaycan fonunda dünyada nifrətə deyil, yalnız sülhə yer olduğu mesajını da avropalı auditoriyanın diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.