Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AŞPA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasətinin mədəniyyətimizə vurduğu zərbələrdən danışılıb

AŞPA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasətinin mədəniyyətimizə vurduğu zərbələrdən danışılıb

Paris, 6 dekabr, AZƏRTAC 

Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) mədəniyyət, elm, təhsil və media komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə iclasında “İnternet idarəetməsi və insan hüquqları”, “Sosial media: ictimai təhdidlər, yoxsa fundamental azadlıqlara qarşı təhdidlər?”, “İnternet ombudsman institutu haqqında”, “Kütləvi informasiya vasitələrinin yeni mühitində media təhsili problemi” adlı məruzələr ətrafında müzakirələrdə Avropa Şurası deputatları, eləcə də bu sahələr üzrə Oksford Universiteti nəzdindəki İnternet İnstitutundan, Brüsseldən Avropa İttifaqı və Şimali Avropa İşləri İdarəsindən, Avropa Şurası Media və İnformasiya Cəmiyyəti Komitəsindən yüksək vəzifəli nümayəndələr və tanınmış mütəxəssislər iştirak ediblər. Avropada mətbuat, mədəniyyət, təhsil sahələri ilə bağlı məsələlər, internetin yaratdığı ciddi problemlər ətrafında fikir mübadiləsi aparılıb.

Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov bu müzakirələrə qatılaraq ölkəmizdə nümunəvi internet məkanı yaradılmasından, bütün əhalinin internet şəbəkəsindən azad istifadə etmək imkanının mövcudluğundan danışıb. Avropalı deputatlar onun fikirlərini bölüşüblər.

“Mən həyatım boyu mətbuatla bilavasitə bağlı olduğuma görə söz və ifadə azadlığına son dərəcə böyük önəm verirəm. Lakin azadlıq heç də nəzarətdən tamam uzaq olmaq, heç bir məhdudiyyətsiz yazmaq, fikir söyləmək deyildir. Əgər kiminsə öz aləmində azadlıq hesab etdiyi ifrat sərbəstlik başqalarının hüquqlarını pozursa, onda bu fəaliyyətlərin adı daha azadlıq olmur. Buna görə də sosial şəbəkələrdə cavabdehlik və məsuliyyəti artırmaq bu gün son dərəcə vacibdir. Söylənən, yazılan hər sözün, hər fikrin arxasında dayanan real ad, bəlli insan görünməlidir ki, lazım olan anda ondan hüquq müstəvisində cavabdehlik tələb etmək mümkün olsun. Təəssüf ki, bu gün belə bir identikləşdirmə sistemi hələ işləmədiyindən saysız fəsadlar da ortaya çıxır, konkret məsuliyyət tələb edilməli ünvan çox zaman gizli qaldığından böhtan, yalan, təhqir, məqsədli şəkildə yayılan saxta məlumatlar da qlobal informasiya və ünsiyyət mühitini çirkləndirir. Bunlar elə arzuolunmaz hallardır ki, böyüklüyündən kiçikliyindən asılı olmayaraq, ayrı-ayrı ölkələrə də, ayrı-ayrı insanlara da ziyan vurur. Bütün bunlara qarşı isə məhz demokratik dəyərlərə sadiq qalaraq, sosial şəbəkəyə, internet fəzasına qanuni nəzarəti gücləndirməklə çıxmaq olar. Həm də tək deyil, hamılıqla mübarizə aparmaqla bu istiqamətdə mövcud olan arzuolunmaz təmayüllərdən xilas olmaq mümkündür”, - deyə R.Hüseynov diqqətə çatdırıb.

Avropalı deputatlar Rafael Hüseynovun bu fikirləri ilə şərik olduqlarını bildirərək, ölkələrindən müvafiq konkret faktları nümunə gətiriblər.

Komitə iclasında Böyük Britaniyadan olan deputat Aleksander Dandinin hazırladığı “Demokratik cəmiyyətdə mədəni irsin əhəmiyyəti” adlı hesabat maraqla qarşılanıb.

Rafael Hüseynov bu hesabatla bağlı müzakirələr zamanı ölkəmizin qədim mədəniyyəti və zəngin mədəni irsi haqqında ətraflı məlumat verib, məruzədə mütləq əksini tapmasını zəruri saydığı məsələlər üzərində dayanıb.

Qeyd edib ki, mədəniyyət demokratik dəyərlər sistemində xüsusi əhəmiyyətə malikdir. Çünki mədəniyyət sərhəd, milli, dini məhdudiyyət tanımır və bütövlükdə insanlığa məxsusdur. Ona görə də mədəniyyətə, mədəni sərvətlərə qarşı edilən istənilən mənfi hərəkət elə demokratiyaya, demokratik dəyərlər sisteminə qarşı həqarət deməkdir.

O, Ermənistanın ölkəmizə qarşı apardığı işğal siyasətindən söz açıb, bu təcavüzün mədəniyyətimizə vurduğu zərbələrlə bağlı faktları səsləndirib. “Mən ölkəmdə olan ən böyük muzeylərdən birinə rəhbərlik edirəm və bu muzeyin ölkənin bir sıra guşələrində filialları vardır. Həmin muzeylərdən biri də Qarabağda, mədəniyyət qalası olan Şuşa şəhərində yerləşirdi. Artıq 26 ildir ki, həmin muzey məcburi köçkün vəziyyətindədir. Ermənistanın Azərbaycana qarşı təcavüzü isə təkcə həmin muzeyi fəlakətə uğratmayıb. Azərbaycandakı 200-dən artıq muzeyin 22-si, eləcə də 6 rəsm qalereyası, 762 dünya və ölkə əhəmiyyətli mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsi, 4 milyon 600 min kitab və əlyazmanın saxlandığı 927 kitabxana Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərazilərdə qalıb. İndi “mədəniyyət və demokratiya” prizmasından Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş bu irsi və sərvətlərinin taleyini araşdırarkən xeyli narahat bir mənzərə də ortaya çıxır. Bu sərvətin arasında elələri var ki, yaşı yüz illərlə deyil, min illərlə ölçülür. Bu isə o deməkdir ki, həmin irs lap çoxdan Azərbaycanla yanaşı, bütün bəşəriyyətə aid olan mirasdır. Lakin təəssüflər ki, onların əksəriyyəti ya məhv edilmiş, ya da qəsb edilərək erməniləşdirilib”, - deyə deputat söyləyib.

Ölkəmizin Avropada həyata keçirdiyi nəcib mədəni tədbirlərdən, bir sıra mədəni irs nümunələrinin bərpasında iştirakından danışan deputat məhz bu cür yanaşmanın hamı üçün ənənəvi düşüncə tərzinə çevrildiyi təqdirdə əldə ediləcək nəticələrin qitənin və dünyanın daha əmin-aman, daha gözəl, daha yaşamalı, daha demokratik olmasına gətirib çıxaracağına inamını ifadə edib. Eyni zamanda, azərbaycanlı deputat bu qəbildən olan həssas məqamların və faktların məruzədə mütləq əks etdirilməsinin zəruriliyini də vurğulayıb.

Ukraynalı deputat V.Ariyev və ingiltərəli A.Dandi işğala uğramış ərazilərdəki mədəni irs problemi ilə əlaqədar Rafael Hüseynovun bəyan etdiklərini dəstəkləyərək bu problemə məruzənin ideyası kontekstində ayrıca yer ayırmağı məqsədəuyğun saydıqlarını bildiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb