SİYASƏT


AŞPA-nın komitə iclasında erməni deputatlar tutarlı faktlarla susdurulub

Bakı, 16 oktyabr, AZƏRTAC

Oktyabrın 16-da AŞPA-nın Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin onlayn iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda erməni nümayəndə heyətinin üzvləri ölkəmizin əleyhinə əsassız ittihamlar səsləndiriblər. Erməni deputatlarının ardınca çıxış edən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Tural Gəncəliyev tutarlı faktlarla erməniləri susmağa məcbur edib.

İcma rəhbəri avropalı parlamentarilərin diqqətinə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə mülki əhalinin atəşə tutulması, çoxmənzilli binaların dağıdılması, Tərtər rayonunda dəfn mərasimi keçirilən qəbiristanlığın raket atəşinə məruz qalması və nəticədə mülki insanların həlak olması, döyüş bölgəsində dövlət televiziyasının əməkdaşlarının atəşə tutulması faktlarını çatdırıb.

T.Gəncəliyev bütün bunlarla yanaşı, Şuşa sakini olduğunu və Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi səbəbindən 28 ildir doğma yurduna qayıda bilməməsini iclas iştirakçılarının diqqətinə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.