SİYASƏT


AŞPA-nın payız sessiyası işə başlayıb VİDEO

Strasburq, 8 oktyabr, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 8-də öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edir.

Assambleya sədrinin çıxışı ilə başlayan sessiyada Büronun və daimi komitənin hesabatları dinləniləcək, “Avropa Şurası: böhranda olan təşkilat” mövzusunda debatlar aparılacaq. Həmçinin sessiyanın ilk günündə Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin müşahidəsi ilə bağlı hesabat dinləniləcək. Hesabatdan sonra aparılacaq debatlarda Azərbaycan nümayəndə heyətinin üzvləri də çıxış edəcəklər.

Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Xorvatiyanın Baş nazirinin müavini və xarici və Avropa işləri üzrə nazir Mariya Buriç sessiya çərçivəsində komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək, Assambleya üzvlərinin suallarını cavablandıracaq. Tunisin xarici işlər naziri Khemaies Jhinaouinin çıxışının da gözlənildiyi sessiyada Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.

Sessiyada Parlament Assambleyasının səlahiyyətlər və səsverməyə dair qərarqəbuletmə prosesinin möhkəmləndirilməsi, desantralizasiya prosesinin uğurla həyata keçirilməsində milli parlamentlərin rolu, Avropa Şurasına üzv ölkələrdə qaçqın və miqrantların ailə üzvlərinin birləşməsinə dair müzakirələr aparılacaq.

Payız sessiyası oktyabrın 12-dək davam edəcək.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.