SİYASƏT
AŞPA-nın plenar iclasında Azərbaycanla bağlı qətnamə layihəsi qəbul edilib
Strasburq, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının plenar iclasında deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı ərazilərində yaşayan əhali qəsdən sudan məhrum edilib” adlı məruzəsi qəbul olunub.
Məruzə üzrə əlavə və dəyişikliklər müzakirə edilərək səsə qoyulub. Məruzəyə ümumilikdə 21 əlavə və dəyişiklik təklif olunub. Əlavə və dəyişikliklərin çoxu ermənilər tərəfindən təklif edilib. Onlar məruzənin məzmununu dəyişdirərək öz xeyirlərinə yumşaltmağa çalışsalar da, təklif etdikləri əlavə və dəyişikliklər keçməyib.
Sonda məruzə səsə qoyulub və 98 deputat lehinə, 71 deputat əleyhinə olmaqla qəbul edilib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq