SİYASƏT


AŞPA-nın qış sessiyasının 8-ci seansı COVID-19 ilə mübarizəyə həsr edilmiş məruzənin müzakirəsi ilə başlayıb

Strasburq, 27 yanvar, AZƏRTAC

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının 8-ci seansı işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir avstriyalı parlamentari Stefan Şennakın hazırladığı “İctimai sanitar tədbirlərlə COVID-19 pandemiyasına qalib gəlmək” adlı məruzəsinin dinlənilməsi ilə başlayıb.

Avropalı parlamentarilər koronavirusla mübarizədə peyvənd kampaniyası, peyvəndin bütün ölkələr üçün əlçatanlığının təmin edilməsi, eləcə də məruzə ilə bağlı fikirlərini bildiriblər.

Bugünkü seansın ikinci məruzəsi fransalı parlamentari Andre Qattolinin hazırladığı “Avropa Şurası ərazisində məcburi itkin düşmələrə son qoymaq” adlı məruzənin müzakirələri ilə davam edəcək. Səkkizinci seans “Yeni çağırışlar qarşısında Avropanın təhlükəsizliyi: Avropa Şurasının rolu nədir” mövzusunda sərbəst müzakirələrlə başa çatacaq.

Yanvarın 27-də günün ikinci yarısında Holokost qurbanlarının xatirəsi anılacaq. Tədbirdən sonra Avropada Tarixin Tədrisi Observatoriyası ilə bağlı müzakirələr aparılacaq.

Sessiyanın 9-cu seansı Ermənistandakı təsisatların funksiyasına dair hazırlanmış məruzənin müzakirəsi ilə başa çatacaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.