SİYASƏT


AŞPA-nın yay sessiyasının ikinci günü “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” mövzusunun müzakirəsi ilə başlayıb

Strasburq, 21 iyun, AZƏRTAC

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının 2-ci günüdə yüksək səviyyəli panel keçiriləcək.

AZƏRTAC xəbər verir ki, AŞPA-nın yay sessiyasının ikinci günü polşalı parlamentari Boqdan Klıçın hazırladığı “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzənin dinlənilməsi və müzakirəsi ilə başlayıb. Sonra AŞPA-nın yay sessiyası yüksək səviyyəli panellə işini davam etdirəcək.

AŞPA Nazirlər Komitəsinin sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenin, Finlandiyanın xarici işlər naziri Pekka Haavistonun, Avropa Şurası Baş Katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə keçiriləcək yüksək səviyyəli paneldə “Avropada demokratik təhlükəsizliyi müdafiə etmək” mövzusu ətrafında interaktiv müzakirələr aparılacaq. Avropada demokratik təhlükəsizliyin təmin edilməsinə dair təkliflər səsləndiriləcək.

Günün ikinci yarısında sessiya AŞPA Nazirlər Komitəsinin sədri, İrlandiyanın xarici işlər və müdafiə naziri Saymon Kovenin çıxışı ilə başlayacaq. AŞPA Nazirlər Komitəsinin sədrinin çıxışından sonra Avropa Şurası Baş Katibi Mariya Peyçinoviç-Buriç parlamentarilərin suallarını cavablandıracaq. Sessiya işini “Avropada təhlükəsizlik üçün yeni çağırışlarda Avropa Şurasının rolu” adlı məruzənin müzakirəsi, eləcə də birgə debatlarla işini yerli vaxtla saat 20:00-dək davam etdirəcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.