ELM VƏ TƏHSİL
ASPİRANTLARIN VƏ GƏNC TƏDQİQATÇILARIN XI RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİR
Açılış mərasimində təhsil nazirinin müavini İradə Hüseynova çıxış edərək, xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasi və dövlət xadimi Heydər Əliyevin elm və təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ulu öndərimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə həyata keçirildiyini vurğulamışdır.
Təhsilimizə göstərilən diqqətdən bəhs edən nazir müavini Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir tələblərə cavab verən 132 yeni məktəb binasının inşa edildiyini nəzərə çarpdırmışdır.
Bildirilmişdir ki, respublikamızın ayrı-ayrı ali məktəblərindən olan gənc tədqiqatçıların qatıldığı konfransda 18 bölmə üzrə 300-dən çox məruzə və tezis dinləniləcəkdir.
Sonra Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Abel Məhərrəmov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və digər natiqlər cəmiyyətin tərəqqisində elm və təhsilin mühüm rolundan danışmış, xoş arzularını söyləmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonra konfrans bölmə iclaslarında işini davam etdirmişdir.