İQTİSADİYYAT
AŞQABADDA ANIM MƏRASİMİ KEÇİRİLMİŞDİR
Mərasimdə soyqırımı qurbanlarının xatirəsi birdəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciəti oxunmuşdur.
Səfir Elxan Hüseynov xalqımıza qarşı törədilmiş soyqırımının tariximizin faciəli səhifələrindən biri olduğunu qeyd etmiş, günahsız adamların xüsusi qəddarlıqla qətlə yetirilməsindən, soyqırımı siyasətinin xronologiyasından danışmışdır. O demişdir: “Uzun müddət bu cinayətlərin üstü ört-basdır edilmiş, bu haqda xalqa heç nə deyilməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində bu məsələ köklü surətdə araşdırılmağa başlanmış, Azərbaycan Prezidenti 1998-ci il martın 26-da soyqırımla bağlı Fərman imzalamış, məhz bundan sonra 31 mart azərbaycanlıların soyqırımı günü kimi tarixə düşmüşdür”.
Səfirlikdə azərbaycanlıların soyqırımı, erməni terrorizmi ilə əlaqədar kitab və ayrı-ayrı materiallardan ibarət guşə tərtib olunmuş, erməni terrorizmi haqqında videofilm nümayiş etdirilmişdir.