İQTİSADİYYAT
AŞQABADDA ƏSKİNAS ÇAP EDƏN FABRİK TİKİLƏCƏK
AZƏRTAC-ın müxbiri Aşqabaddan xəbər verir ki, Türkmənistan prezidenti Saparmurad Niyazov Böyük Britaniyada qiymətli kağızlar və əskinas çapı üzrə ixtisaslaşan “De- La –Ru” poliqrafiya şirkətinin rəhbəri Ceyms Artur Xassi ilə görüşmüşdür. Görüşdə “De-La-Ru” tipli poliqrafiya şirkətinin Aşqabadda tikilməsi məsələsi müzakirə edilmiş, müvafiq layihənin hazırlanması ilə bağlı fikir mübadiləsi apaılmışdır.
Söhbətdə kağız pulların yeni dəstinin istehsala buraxılması məsələsi də müzakirə olunmuşdur. Bu yaxınlarda Türkmənistanın dövlət gerbində edilmiş dəyişikliklər yeni pullarda da öz əksini tapacaq. Türkmənistan valyutasının çap edildiyi kağızın keyfiyyətinin və qoruyucu əlamətlərinin yüksəldilməsi də nəzərdə tutulur.