İQTİSADİYYAT


AŞQABADDA XOCALI FACİƏSI YAD OLUNMUŞDUR

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Türkmənistandakı səfirliyində Xocalı faciəsinin 14-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhərində həlak olmuş insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Azərbaycanın Türkmənistandakı səfiri Elxan Hüseynov Xocalıda insanlara və insanlığa qarşı törədilmiş bu cinayəti misli görünməmiş vəhşilik adlandıraraq demişdir ki, o gecə erməni quldurları Xocalını yer üzündən sildilər və bu, planlı şəkildə hazırlanmış bir soyqırımı idi. Bununla da ermənilər öz tarixlərinə daha bir qara qəddarlıq və vəhşilik səhifəsi yazdılar. Həmin gün onlar 60 uşaq, 106 qadın, 70 qocanı amansızlıqla qətlə yetirdilər, ümumiyyətlə isə, həlak olanların sayı 700-dən artıqdır. Səfir əmin olduğunu bildirmişdir ki, bu günahsız adamların qanı yerdə qalmayacaq və quldurlar öz cəzalarını alacaqlar.

Digər soydaşlarımız da öz çıxışlarında ermənilərin bu vəhşi hərəkətlərini ittiham etmişlər.

Sonra mərasim iştirakçılarına Xocalı soyqırımı ilə əlaqədar film göstərilmiş, onlar faciəni əks etdirən kitab və foto materiallardan ibarət güşəyə baxmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.