İDMAN


ASTARADA SƏRBƏST GÜLƏŞ ÜZRƏRESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayonunun Ərçivan kəndində sərbəst güləş üzrə Avropa çempionu, Dünya çempionatının bürünc mükafatçısı, beynəlxalq dərəcəli idman ustası Aslan Ağayevin şərəfinə yeniyetmələr arasında dördüncü respublika turniri keçirilmişdir.

Ölkəmizin 17 şəhər və rayonundan, həmçinin Gürcüstandan gəlmiş 138 idmançı qalib adı uğrunda mübarizə aparmışdır.

Müxtəlif çəki dərəcələrində fəxri yerlərə sahib olan idmançılara turnirin medalları, diplomları, qiymətli hədiyyələr və pul mükafatları verilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.