İDMAN
ASTARADA SƏRBƏST GÜLƏŞ ÜZRƏ RESPUBLİKA TURNİRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Astara rayonunun Ərçivan kəndində sərbəst güləş üzrə Avropa çempionu, Dünya cempionatının bürünc mükafatçısı, Beynəlxalq dərəcəli idman ustası, sərbəst güləş üzrə yığma komandamızın baş məşqçisi Aslan Ağayevin şərəfinə həsr olunmuş sərbəst güləş üzrə V ənənəvi Respublika turniri keçirilmişdir.
Ölkəmizin on şəhər və rayonundan 100-ə yaxın idmançının 10 çəki dərəcəsində qalib adı uğrunda mübarizə apardığı turnirdə Olimpiya İdman Litseyinin güləşçiləri birinci, Astara uşaq-gənclər idman məktəbinin yetirmələri ikinci, Bakının “Zenit” İdman Cəmiyyətinin pəhləvanları isə üçüncü yerə layiq görülmüşlər.
Avropa çempionu Aslan Ağayev, Olimpiya çempionu Namiq Abdullayev, Dünya cempionu Arif Abdullayev, Dünya kubokunun sahibi Firdovsi Ümidov, Beynəlxalq dərəcəli hakim Oqtay Hüseynov qaliblərə medal, diplom və mükafatlar təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]
Azərbaycan avarçəkənləri lisenziya turnirində iştirak edəcəklər
- 24.04.2024 [13:54]
Azərbaycan tennisçisi beynəlxalq yarışda medal qazanıb
- 24.04.2024 [12:54]