İQTİSADİYYAT
ASTARADA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ EHTİRAMLA YAD EDİLMİŞDİR
Tədbir iştirakçıları şəhərin mərkəzi meydanında Qarabağ savaşında həlak olan astaralıların xatirə kompleksinin önünə əklillər qoymuş, şəhidlərin məzarlarını ziyarət etmişlər.
Mərasimdə ümummilli liderimiz Heydər Əliyevin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Toplantıda çıxış edənlər 200 ildən artıq bir dövrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasətinin acı nəticələrindən söhbət açaraq erməni millətçilərinin müxtəlif dövrlərdə soydaşlarımıza qarşı törətdikləri cinayətləri və vəhşilikləri pisləmiş, məhz ümummilli liderimiz Heydər Əliyev tərəfindən bu hadisələrə düzgün siyasi və hüququ qiymət verildiyini vurğulamış, Azərbaycan Prezidentinin apardığı ardıcıl və məqsədyönlü siyasəti nəticəsində düşmən tapdağında olan torpaqlarımızın tezliklə geri qaytarılacağını bildirmişlər.