SİYASƏT
ASTARALILAR ÖLKƏMİZİN PREZİDENTİNİ DƏSTƏKLƏYİRLƏR
Ölkəmizin hər yerində olduğu kimi, Astara rayonunda da zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Prezident Heydər Əliyevin 80 illik yubileyi böyük təntənə ilə qeyd edilmişdir.
Rayon mədəniyyət evində keçirilən təntənəli yığıncaqda çıxış edənlər dövlətimizin başçısının zəngin və şərəfli ömür yolundan, xalqımız və ölkəmiz qarşısındakı misilsiz xidmətlərindən, Astarada Prezidentlə keçirilən görüşlərdən böyük sevgi və məhəbbətlə söhbət açmış, radikal müxalifətin məkrli niyyətlərini pisləyərək, Prezident Heydər Əliyevi həmişə dəstəkləyəcəklərini, qarşıdan gələn prezident seçkilərində ona səs verəcəklərini bildirmişlər.
Yığıncaqda Azərbaycan Prezidentinə müraciət qəbul olunmuşdur.
Rəsmi hissədən sonra rayonun bədii özfəaliyyət kollektivləri böyük bayram konserti ilə çıxış etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]