ELM VƏ TƏHSİL


ASTARA MƏDƏNİYYƏT EVİNDƏ BİLİK SƏRGİSİ AÇILMIŞDIR

Astara rayon mədəniyyət evində Lənkəran özəl türk litseyi ilə rayon təhsil şöbəsinin birgə təşkil etdiyi bilik sərgisinin açılışı olmuşdur.

AZƏRTAC-ın müxbiri xəbər verir ki, mərasim iştirakçıları mədəniyyət evinin foyesində ümummilli liderimiz Heydər Əliyevin büstü önünə əklillər qoymuş, böyük öndərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Burada litseyin fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Tamaşaçılar litseydə təhsil alan şagirdlərin bilik və bacarıqlarını əks etdirən eksponatlarla, onların hazırladığı əyani vasitələrlə yaxından tanış olmuşlar.

Sərgi ilə tanışlıqdan sonra iştirakçılar xatirə kitabına rəy və təkliflərini yazmışlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.