İDMAN


AS qəzeti: Futbol üzrə Azərbaycan çempionunun doğma şəhəri Dağlıq Qarabağ münaqişəsi zamanı işğal olunub

Madrid, 16 oktyabr, AZƏRTAC 

UEFA Çempionlar Liqasının üçüncü turu çərçivəsində oynanılacaq “Qarabağ”-“Atletiko Madrid” oyunu ərəfəsində İspaniya mətbuatı Azərbaycan klubunun tarixinə geniş diqqət ayırıb.

İspaniyanın nüfuzlu idman nəşrlərindən olan “AS” qəzeti Azərbaycan çempionunun doğma şəhəri Ağdamın işğal edildiyi və dağıdıldığı haqqında məlumat verib.

AZƏRTAC xəbər verir ki, “AS” qəzetində dərc olunan “Qarabağ” klubu Ermənistan-Azərbaycan müharibəsi səbəbindən 24 ildir Bakıda” sərlövhəli yazıda müəllif Xesus Kolino “Qarabağ”-“Atletiko Madrid” oyununun keçiriləcəyi 70 min nəfərlik Bakı Olimpiya Stadionunun azarkeşlə dolacağını bildirib. O, bu böyük marağın səbəbini həm “Qarabağ”ın UEFA Çempionlar Liqasında oynayan ilk Azərbaycan komandası olması, həm də bu komandanın ölkədə müqavimətin simvolu, müharibənin qurbanı kimi tanınması ilə izah edib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.