İQTİSADİYYAT
“ATABANK”IN GƏNCƏDƏ FİLİALI AÇILMIŞDIR
Mərasimdə çıxış edənlər onu da vurğuladılar ki, bu filial şəhərdə kiçik və orta sahibkarlığın inkişafına öz müsbət təsirini göstərəcək, eləcə də hüquqi və fiziki şəxslərin kredit sistemindən yararlanması üçün yeni forma və metodlardan istifadə edəcəkdir.
Beləliklə, Gəncənin sosial-iqtisadi inkişafı üçün əlverişli zəmin yaradılacaqdır.
Mərasimdə qeyd olundu ki, iqtisadiyyatda əldə edilən nailiyyətlər həm də Azərbaycan Prezidenti Heydər Əliyevin iş adamlarına, sahibkarlara diqqət və qayğısının nəticəsidir.
Hamının yekdil fikri bu oldu ki, cənab İlham Əliyevin respublikamızın Baş naziri təyin olunması Azərbaycanın gələcək inkişafı üçün yeni perspektivlər açacaqdır.
Filialın açılışını bildirən qırmızı lent kəsildi, mərasim iştirakçıları bankla tanış oldular.
Bu münasibətlə “AtaBank”ın maliyyə dəstəyi və “Space” müstəqil teleradio şirkətinin təşkilatçılığı ilə Gəncədə böyük konsert proqramı oldu. Respublikamızın tanınmış incəsənət ustaları şəhərin baş meydanında təşkil edilmiş konsertdə çıxış etdilər.