İDMAN
“ATASPORT” ŞOTLANDİYANIN “BONAQRASS” KOMANDASI ÜZƏRİNDƏ QƏLƏBƏ ÇALMIŞDIR
Qitənin 8 ən güclü otüstü xokkey klubunun iki yarımqrupda mübarizə apardığı bu mötəbər yarışda ölkəmizi Bakının “Atasport” komandası təmsil edir. İyunun 3-də “Atasport” Şotlandiyanın “Bonaqrass” komandası ilə qarşılaşmışdır. Görüşün ilk hissəsində Zeynəb Nuriyeva rəqib qapısından ilk topu keçirmişdir. İnna Cəfərova oyunun ikinci hissəsində penalti zərbəsi ilə 2-ci topu vurmuş və görüş 2:0 hesabı ilə komandamızın xeyrinə başa çatmışdır.
Keçirdiyi hər iki oyunu qələbə ilə başa vuran “Atasport” komandası hazırda 6 xalla “B” qrupunda birinci yeri tutur. Xokkeyçilərimizin qrupda sonuncu oyunu iyunun 4-də İngiltərənin “Kanterberi” komandası ilə olacaqdır. “Atasport” həmin görüşdə də qələbə qazansa, iyunun 5-də “A” qrupunun birincisi ilə qızıl medal uğrunda yarışacaqdır.