İDMAN


ATATÜRK MƏRKƏZİNDƏ “DƏYİRMİ MASA” KEÇİRİLƏCƏK

BMT-nin Bakı nümayəndəliyinin İctimai informasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, avqustun 9-da Atatürk Mərkəzində “Azərbaycanın inkişafı naminə gənclər hərəkatı – bu gün və sabah” mövzusunda “dəyirmi masa” keçiriləcəkdir.

Nümayəndəliyin və ölkəmizin bir sıra aparıcı gənclər təşkilatlarının təmsilçilərinin iştirak edəcəkləri tədbirdə milli gənclik ehtiyatları və onlardan istifadə zamanı strateji istiqamətin seçimi, gənclərin Azərbaycanın inkişafı prosesində iştirakı və onların rolunun gücləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaqdır.

Avqustun 11-də gənclər üçün azyaşlı uşaqların və yeniyetmələrin həyat və məişətini yaxşılaşdırmaq məqsədi ilə hazırlanmış layihələrin reallaşdırılması ilə bağlı seminar keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.