ELM VƏ TƏHSİL
ATATÜRK SİMPOZİUMUNDA ELMİ MƏRUZƏLƏRLƏ ÇIXIŞ ETMİŞLƏR
Türkiyənin paytaxtı Ankara şəhərində keçirilmiş simpoziumda – “Beşinci uluslararası Atatürk konqresi”ndə dünyanın 20-dən çox ölkəsinin 170-dən çox təmsilçinin elmi məruzələri dinlənilmişdir. Simpoziumda Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəylinin “Mustafa Kamal Atatürkün bədii obrazları Naxçıvan səhnəsində”, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Atatürk və Naxçıvan” mövzusunda məruzələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.
Simpoziumun keçirildiyi günlərdə Ankara şəhərindəki Müəllimlər evində Naxçıvan Dövlət Universitetinin tələbə teatr studiyasının hazırladığı “Türklərin Atatürkü” tamaşasının videofilmi nümayiş etdirilmişdir.