SİYASƏT


ATƏT ANTİSEMİTİZMƏ DAİR KONFRANS KEÇİRƏCƏK

Aprelin 29-da Berlində ATƏT ölkələrinin antisemitizmə dair ikigünlük beynəlxalq konfransı keçiriləcəkdir. Tədbirin təşəbbüsçüsü Almaniyanın xarici işlər naziri Yoşka Fişerdir.

Konfrans iştirakçıları antisemitizm təzahürlərinin qarşını almaq, eləcə də təhsil müəssisələrində və kütləvi informasiya vasitələrində maarifləndirmə işləri aparmaq məsələlərini müzakirə edəcəklər.

AZƏRTAC ATƏT-in katibliyinə istinadla xəbər verir ki, Berlin konfransının keçirilməsi haqqında qərar ATƏT ölkələri Nazirlər Şurasının dekabr görüşündə qəbul edilmişdir. Orada antisemitizmə dair birinci könfransın yekunları müzakirə olunmuşdur.

Xatırladaq ki, antisemitizmə dair birinci konfrans bu təşkilatın üzvü olan bütün 55 dövlətin nümayəndələrinin iştirakı ilə ötən il iyunun 19-20-də keçirilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.