SİYASƏT
ATƏT ERMƏNİSTANDA PARLAMENT SEÇKİLƏRİNİN BEYNƏLXALQ STANDARTLARA UYĞUN OLMADIĞINI RƏSMƏN BƏYAN ETMİŞDİR
ATƏT-in müşahidəçilər missiyası mayın 25-də Ermənistanda keçirilmiş parlament seçkilərinə dair qəti məruzəni yaymışdır.
ATƏT müşahidəçilərinin məruzəsində deyilir: “Ermənistanda parlament seçkiləri bir sıra əsas meyarlarda, o cümlədən səslərin hesablanmasında beynəlxalq standartlara uyğun olmamışdır”.
Sənəddə nəzərə çarpdırılır ki, Ermənistanın hakimiyyət orqanları cəzasızlıq şəraiti yaranmasına yol verməməyə və beynəlxalq ictimaiyyət qarşısındakı öhdəliklərini yerinə yetirməyə hazır olduğunu göstərməyə borcludurlar.
ATƏT-in rəyində bildirilir ki, səs verənlərin sayının xeyli azalması sübut edir ki, Ermənistanın siyasi partiyaları və ictimaiyyəti seçkilərə inamı itirmişlər.