DÜNYA
ATƏT-İN FƏALİYYƏTDƏ OLAN SƏDRİ MOSKVADA REGİONAL MÜNAQİŞƏLƏRİ MÜZAKİRƏ ETMİŞDİR
Görüşdə Belçikanın cari ildə bu təşkilatda sədrliyinin üstün cəhətləri, ATƏT-in fəaliyyəti, Rusiyanın həmin təşkilatla əməkdaşlığı, habelə hərbi-siyasi, iqtisadi və humanitar əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Rusiya XİN-in İnformasiya və mətbuat departamenti xəbər verir ki, görüşdə ATƏT məkanında regional münaqişələrə və onların həllində təşkilatın roluna toxunulmuşdur. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun işinin təkmilləşdirilməsinə, seçkiləri izləmək sahəsində onun fəaliyyətinə, habelə milli azlıqların hüquqlarının qorunmasına dair razılaşdırılmış tədbirlər də müzakirə edilmişdir.
Bununla yanaşı, tərəflər silahlanmaya nəzarətin saxlanılması və möhkəmləndirilməsinin, ATƏT məkanında etimad və təhlükəsizlik tədbirlərinin, o cümlədən Avropada adi silahlar haqqında müqavilənin uyğunlaşdırılması barədə Sazişin tezliklə qüvvəyə minməsinin vacibliyini vurğulamışlar.