SİYASƏT


ATƏT PA-nın iclasında erməni deputata tutarlı cavab verilib

Bakı, 7 may, AZƏRTAC

ATƏT PA-nın “Fəaliyyətə Çağırış - Helsinki Prosesi + 50” mövzusunda üçüncü onlayn iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə erməni deputatın “hərbi əsirlər”lə bağlı çağırışına cavab verən Milli Məclisin deputatı, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva Ermənistandan olan deputatların bütün iclaslarda ölkəmiz əleyhinə böhtan xarakterli fikirlər səsləndirdiklərini bildirib. Vurğulayıb ki, bundan məqsəd müzakirə olunan mövzudan yayınmaq, qarşı tərəfi böhtanlara cavab verməyə vadar edərək, Ermənistanın Azərbaycan üçün yaratdığı problemləri, beynəlxalq humanitar hüququn normalarına məhəl qoymamaları barədə faktları bu auditoriyada səsləndirməkdən çəkindirməkdir.

“Bildirmək istəyirəm ki, Azərbaycana heç bir qüvvə təzyiq göstərə bilməz. İstintaq nəticəsində Ermənistana qaytarılan 3 girovun terrorçularla heç bir əlaqəsinin olmadığı aşkarlanıb və yalnız buna görə onlar qarşı tərəfə qaytarılıb. Onu da xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycan hər zaman beynəlxalq humanitar hüququn normalarına və üçtərəfli Bəyanatın şərtlərinə hər zaman riayət edir”, - deyə deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.