SİYASƏT


ATƏT PA-nın prezidenti: Qarşıdakı hədəflərə çatmaq üçün birgə əməkdaşlığa ehtiyac var

ATƏT PA-nın prezidenti: Qarşıdakı hədəflərə çatmaq üçün birgə əməkdaşlığa ehtiyac var

Bakı, 22 may, AZƏRTAC

Planetimizin təbii sərvətlərinin bizim üçün bəxşiş olduğunu dərk etməli, onların gələcək nəsillərə çatdırılması üçün addımlar atmalıyıq. Bu mövzuda ümumi məhsuldar debatların keçirilməsi gələcəkdə daha dayanıqlı ATƏT regionunun yaranmasına töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu ATƏT Parlament Assambleyasının (PA) prezidenti xanım Marqareta Sederfelt mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

Ekologiyanın daha da yaxşılaşdırılması istiqamətində maarifləndirmə işlərinin görülməsinin əhəmiyyətinə toxunan Marqareta Sederfelt əlavə edib: "Qarşıdakı hədəflərə çatmaq üçün birgə əməkdaşlığa ehtiyac var. Biz kollektiv şəkildə səsimizi ucaldaraq dayanıqlı hədəflərimizə çatmaq istiqamətində birgə əməkdaşlıq etməliyik. Yaşıl iqtisadiyyata keçid qlobal çağırışlara qarşı reaksiya verməyə imkan yaradacaq. Bununla biz gələcək nəsillərin gələcəyini təmin etmiş oluruq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.