SİYASƏT


ATƏT PA-nın sessiyasında qətnamə layihəsindəki “erməni soyqırımı” maddəsi yersiz adlandırılıb VİDEO

Lüksemburq, 5 iyul, AZƏRTAC

Lüksemburqda keçirilən ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin iclasında sıxış edən rusiyalı deputat Aleksey Kornienko məruzəçi və sənədin müəllifi, Kiprdən olan deputat Kiriakos Hadjiyanninin təklif etdiyi qətnamə layihəsini tənqid edib. O, sənədin layihəsinə daxil edilmiş “erməni soyqırımı” maddəsini “yersiz” adlandırıb.

AZƏRTAC xəbər verir ki, onun ardından çıxış edən türkiyəli deputat Kamil Aydın da bu maddənin əleyhinə çıxış edib. O, “soyqırımı” termininin 100 il əvvəl baş vermiş hadisələrə uyğun gəlmədiyini xatırladıb və onu layihədən çıxarmağı təklif edib.

Pərvanə Qarayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.