SİYASƏT


ATƏT PA qətnamə layihəsinə ermənilərin düzəlişini rədd edib

Berlin, 9 iyul, AZƏRTAC

Berlində, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyası çərçivəsində qurumun iqtisadiyyat, elm, texnologiyalar və ətraf mühit məsələləri komitəsinin iclası keçirilir. İclasda “ATƏT çərçivəsində öhdəliklərin yerinə yetirilməsi: parlamentlərin rolu” qətnamə layihəsi müzakirə olunur. Layihənin müəllifi Gürcüstandan olan məruzəçi Sofio Katsaravadır.

Ermənistan nümayəndə heyəti məcburi köçkünlərin və münaqişə zonalarında yaşayan şəxslərin bərabər hüquqlarla təmin edilməsini, habelə münaqişə zonalarında yaşayan şəxslərin probleminin ATƏT-in gündəliyinə daxil edilməsini nəzərdə tutan düzəliş təqdim edib.

Görünür, bu düzəliş Azərbaycanın Dağlıq Qarabağ regionunun Azərbaycan və erməni icmalarının aqibətinin bərabərləşdirilməsinə, habelə Yaxın Şərqdən gəlib işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşan erməni miqrantlarına siyasi status verilməsinə hesablanıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Nəbizadə qeyd edib ki, ATƏT-in siyasi təqvimində “münaqişə zonalarında yaşayan şəxslər” məfhumu yoxdur və deməli, Ermənistan tərəfinin düzəlişi bu qətnamənin mahiyyətinə və ruhuna ziddir.

Azərbaycandan olan deputatın etirazı ATƏT PA üzvləri tərəfindən anlayışla qarşılanıb və bu da səsvermənin gedişinə təsir göstərib.

Ermənistan nümayəndə heyətinin düzəlişi səs çoxluğu (22 səs əleyhinə, 2 səs lehinə) ilə rədd edilib.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.