SİYASƏT
ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək 23-cü illik sessiyasında Qırğızıstandan beş deputat iştirak edəcəkdir
Bişkek, 26 iyun (AZƏRTAC). Qırğız Respublikasının Xarici İşlər Nazirliyi mətbuat xidmətinin verdiyi məlumata görə, ATƏT Parlament Assambleyasının iyunun 28-də Bakıda öz işinə başlayacaq 23-cü illik sessiyasında Qırğızıstandan beş deputat iştirak edəcəkdir.
Məlumatda deyilir ki, Qırğız Respublikasından gedən deputatlara Roza Aknazarova başçılıq edəcəkdir.
Həmçinin qeyd olunur ki, sessiyada qurumun üzvü olan 300 nümayəndə iştirak edəcəkdir. Beşgünlük müzakirə və debatlarda siyasət, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühitin mühafizəsi, insan hüquqları məsələləri diqqət mərkəzində olacaqdır.
Məlumatda deyilir ki, sessiyanın sonunda Bakı Bəyannamısi qəbul ediləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 27.03.2024 [20:51]