DÜNYA


ATƏT biometrik texnologiyaların terrorçuluqla mübarizədə roluna həsr edilmiş konfrans keçirir

Bakı, 12 aprel, AZƏRTAC

Avstriyanın paytaxtı Vyanada ATƏT-ə üzv ölkələrin hökumət və özəl sektorunu təmsil edən 200-dən çox nümayəndənin iştirakı ilə biometrik texnologiyaların terrorçuluqla mübarizədə roluna həsr edilmiş ikigünlük konfrans keçirilir.

AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, “ID sərhədlər və səyahətlərin gələcəyi” adlı konfrans ATƏT-in Transmilli Müqavilə Departamenti və Sərhədlərin Təhlükəsizliyi Agentliyi tərəfindən təşkil olunub. Tədbir iştirakçıları BMT Təhlükəsizlik Şurasının terrorçuluqla mübarizəyə dair 2306 nömrəli qətnaməsində təsbit olunmuş qərarların icrası məsələlərini müzakirə ediblər. Bu qətnamədə biometrik məlumatların (barmaq izləri, üzün tanınması) terrorçuların sərhəddə aşkar edilərək zərərsizləşdirilməsini, terrorda şübhəli bilinən şəxslərin qlobal məlumat bazasının təkmilləşdirilməsini nəzərdə tutur.

Tədbirdə çıxış edən ATƏT-in baş katibi Tomas Qreminqer bildirib ki, ölkələrin hökumətlərinin biometrik texnologiyaların daha geniş tətbiq olunması üçün maliyyə və texniki resursları artırması böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, bütün dövlətlər terrorçular barədə məlumat mübadiləsində yaxından iştirak etməlidirlər. Baş katib əlavə edib ki, ATƏT və Biometriya İnstitutu 57 ölkə ilə bu sahədə fəal əməkdaşlıq edir.

Biometriya İnstitutunun icraçı katibi İzabel Möller isə biometrik texnologiyalardan istifadə zamanı etik məsələlərdən bəhs edib. Onun sözlərinə görə, son 17 ildə bu texnologiyaların tətbiqi sahəsində əldə olunmuş nailiyyətlər terrorçuluqla və qaçaqmalçılıqla mübarizəyə böyük töhfə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.