DÜNYA


ATƏT-in 27-ci İqtisadi və Ekoloji Forumunun yekun iclası Praqada keçirilir

Bakı, 12 sentyabr, AZƏRTAC 

ATƏT-in 27-ci İqtisadi və Ekoloji Forumunun (EEF) yekun iclası Praqadakı Çernin sarayında keçirilir. AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, sentyabrın 11-də öz işinə başlayan və şənbə günü yekunlaşacaq iclasda ATƏT məkanında iqtisadi inkişaf və təhlükəsizlik, enerji əməkdaşlığı, yeni texnologiyalar, rəqəmsal texnologiyalar üzrə menecment və əlaqələr müzakirə edilir.

Qeyd olunur ki, ATƏT-ə üzv olan 57 ölkənin nümayəndələrinin iştirak etdiyi Forumun ilk iclasları bu ilin əvvəlində Bratislava və Vyanada keçirilib. Praqa iclasında yüksəkvəzifəli hökumət nümayəndələri, beynəlxalq təşkilatların əməkdaşları, ekspert-alimlər və özəl sektorun təmsilçiləri ekoloji şərtlərə əməl olunmaqla dayanıqlı enerji mənbələrinin təmin edilməsi məsələsini müzakirə edirlər. İclasın açılışında ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın Xarici İşlər və Avropa Məsələləri naziri Miroslav Layçak, Çex Respublikasının Xarici İşlər naziri Tomaş Petriçek, ATƏT-in Baş katibi Tomas Qreminger, digər rəsmi şəxslər iştirak ediblər.

Yekun iclasın son sessiyası sentyabrın 13-də keçiriləcək və bu qapalı müzakirələrdən sonra mətbuat konfransı təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.