Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ATƏT-in Cənubi Qafqaz ölkələrindəki nümayəndəliklərinə verilən qiymət hansı meyarlara əsaslanır

ATƏT-in Cənubi Qafqaz ölkələrindəki nümayəndəliklərinə verilən qiymət hansı meyarlara əsaslanır

Məlum olduğu kimi, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı 1975-ci ildə müşavirə adı ilə yaranmışdır. Təşkilatın əsas məqsədi Avropa qitəsində təhlükəsizlik və əməkdaşlıq problemlərin həlli istiqamətində çalışmaq olmuşdur. Yəni əsas fəaliyyət meydanı Avropadır. Sonradan bir neçə Asiya ölkəsi də daxil edilmişdir. Lakin yarandığı ilk gündən Avropada yerləşməyən iki dövlət - ABŞ və Kanada da burda təmsil olunur. Təşkilatın fəaliyyətini izləyərkən onun iş mexanizmi ilə bağlı maraqlı bir cəhət diqqəti cəlb edir. Belə ki, bu qurumun prioritet elan etdiyi demokratiya, insan hüquqları, seçki şəffaflığı ilə bağlı məsələlərdə tətbiq olunan tələblər yalnız Avrasiya ölkələrinə şamil olunur. Təsadüfi deyil ki, bu məkanda bütün səviyyələrdə keçirilən səsvermələrdə əsas yoxlayıcı rolunda olan ATƏT-in müşahidə missiyalarını ABŞ-da qanunvericilik əsasında seçki məntəqələrinin həndəvərinə belə buraxmırlar. Yaxud ATƏT-in illik hesabatlarında heç zaman okeanın o tayındakı ölkələrdə insan haqları, vətəndaş cəmiyyəti ilə bağlı problemlərin əks olunmasının şahidi olmaq mümkün deyil.

Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik qazanan Cənub Qafqazın hər 3 dövləti də ilk illərdən ATƏT-lə sıx əməkdaşlıq edir. Lakin bu əməkdaşlığın fərqli tarixçələri vardır. ATƏT-in bu 3 ölkədə ofisinin fəaliyyətinə ilk xitam verilən yer Gürcüstan olmuşdur. Belə ki, 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında münasibətlərin kəskinləşməsindən sonra ATƏT burda təhlükəsizlik və sülhyaratma ilə bağlı razılıq əldə edilə bilmədiyindən Tbilisidəki ofis fəaliyyətini dayandırdı.

2015-ci ilin iyulundan etibarən ATƏT-in Bakıdakı ofisinin bağlanmasının əsl səbəblərini isə cari ilin sentyabr ayında Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev səsləndirdi. Görüşdə cənab Prezident bildirdi ki: “ATƏT ofisinin yerli nümayəndəsi Azərbaycan əsilli Fransa vətəndaşı, Fransanın Xarici İşlər Nazirliyində çalışan yeganə azərbaycanlı idi. O, çox məşhur bir ailənin nümayəndəsidir. Onun mənsub olduğu nəslin nümayəndələri 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Demokratik Respublikasının yaradıcılarından olub. Bu şəxs Azərbaycanda cəmi bir il fəaliyyət göstərəndən sonra iş otağında mənimlə fotosu olduğuna görə onu daimi komitənin iclasında günahlandıran ABŞ-ın ATƏT-dəki səfiri Bayerin ciddi müdaxiləsi nəticəsində işdən azad olunub”.

ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Daniel Bayer isə bu arqumentlər qarşısında özünü gülünc vəziyyətə qoydu. Belə ki, o, bu günlərdə verdiyi müsahibədə ikili standartlarını bir daha ortaya qoydu. Birincisi, D.Bayer ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Aleks Şahtaxtinskini nəzərdə tutaraq bildirib ki, “ATƏT-in bir çox sahə üzrə qiymətləndirmə missiyalarına yalnız hökumət liderləri ilə deyil, həmçinin vətəndaş cəmiyyəti ilə əlaqələrinə görə qiymət verirlər”. Onun konkret faktlara əsaslanmayan bu arqumentinə bir müqayisə gətirmək istərdik. ATƏT-in Bakıdakı ofisinin rəhbəri etnik azərbaycanlı Aleks Şahtaxtinski olmuşdur və öz fəaliyyəti ərzində Azərbaycan cəmiyyətinin bütün dairələri ilə birgə tədbirlərlə yadda qalmışdır. Lakin, heç bir əsas olmadan və ya mandatına uyğun olmayan məsələlərdə müəyyən dairələrin siyasi sifarişləri yerinə yetirməmişdir. Arqument budursa, təşkilatın əsaslandığı ədalətli yanaşma hardadır?

İndi isə ATƏT-in İrəvandakı ofisinə baxaq. Burda rəhbər etnik cəhətdən erməni olan Arqo Avakovdur. 2016-cı ilin martından fəaliyyətə başlayan A.Avakovun görüşlərinə baxsaq əksəri dövlət rəsmilərilədir. Həmin vaxtdan indiyədək Ermənistanda insan haqları, ifadə azadlığı ilə bağlı bir kəlmə də işlətməyib. Əksinə yayda İrəvanda polis məntəqəsinin tutulması ilə bağlı hadisələrdə polisin professional davranışını və qanun çərçivəsində fəaliyyətini tərifləyib(https://armenpress.am/eng/news/857604/osce-ambassador-praises-professionalism-of-armenian-police-during-july-events.html). Bəs görəsən nə əcəb D.Bayer bunlara diqqət etməyib.

İkincisi, D.Bayer müsahibədə bildirir ki, “Bilirəm ki, Azərbaycanda insanlar bəzən elə düşünürlər ki, biz səhərimizi Azərbaycanı necə tənqid etmək barədə fikirlərlə açırıq və hər gecə bunun haqqında fikirləşərək yuxuya gedirik. Ancaq bu, belə deyil”. Kimi aldatmaq istəyirsiniz? Təkcə Bayerin Tvitter səhifəsinə baxmaq kifayətdir ki, məsələnin əsl mahiyyəti görünsün. Onun Tvitter hesabında hər ay ən az 15-20 şərh Azərbaycanla bağlı tənqidlərə, bəzi dostları ilə səmimi qucaqlaşmalara həsr olunub. Onu səhərdən-axşama qədər Azərbaycandan çox fikirləşdirən ölkələr arasında yalnız Rusiya bizi üstələyir. ATƏT-in digər 55 üzvü ilə bağlı Bayerin orta aylıq tvit statistikası yalanlarının üstünü açır. Bundan başqa digər ölkələrin balaca uğurları ilə bağlı sevinc dolu şərhləriniz olduğu halda, Azərbaycanla bağlı ancaq tənqidlərə rast gəlirik. Ancaq bizim nailiyyətlərimiz və uğurlarımız kifayət qədər çoxdur. Azərbaycanın torpaqlarının işğal altında qalması da hamının bildiyi və ATƏT-də sənədlərlə təsdiq olunan faktdır. Qalır yalnız ədalətli yanaşma.

Üçüncüsü isə D.Bayer Azərbaycanla ABŞ arasında münasibətlərin qurulmasında hansısa məsələlərə toxunur. Bu ilk növbədə onun mandatına uyğun deyil. Eyni zamanda ABŞ-Azərbaycan münasibətləri daim hərtərəfli və davamlı inkişafdadır. Hər iki tərəfdən bununla bağlı kifayət qədər uğurlu addımlar atılır. Bayer kimi diplomatlar isə bu cür fundamental münasibətlərə təsir etmək iqtidarında deyillər. Bayer ölkəsinin münasibətini zaman-zaman təmsil etdiyi cinsi azlıqların mövqeyi ilə səhv salır. Təsadüfi deyil ki, onun ATƏT-də əsas dostları olan səfirlər də “mavilər klubu”nun üzvləridir. Dövlət maraqları isə heç vaxt belə cılız yanaşmalara əsaslanmır.

Ərəstü Həbibbəyli

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının

Xarici əlaqələr şöbəsinin müdir müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr