CƏMİYYƏT


ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təsis etdiyi Seçki Müşahidə Missiyası Ali Məhkəmədə olub

Bakı, 28 yanvar, AZƏRTAC

Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) təsis etdiyi Seçki Müşahidə Missiyasının rəhbəri Piter Teylerin başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ali Məhkəmənin sədri Ramiz Rzayev seçkinin Azərbaycan Respublikası Konstitusiyasının, Seçki Məcəlləsinin, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələbinə, Avropa standartlarına uyğun aparılmasının dövlətimizin əsas məqsədlərindən biri olduğunu vurğulayıb.

Ramiz Rzayev seçki hüquqlarının müdafiəsi, mübahisələrin məhkəmə aidiyyəti və bu sahədə məhkəmə təcrübəsi ilə bağlı fikirlərini bildirib, seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər və onlara baxılması qaydaları barədə ətraflı məlumat verib.

Səmimi görüşə görə minnətdarlığını bildirən nümayəndə heyətinin rəhbəri Piter Teyler qeyd edib ki, Seçki Müşahidə Missiyası seçki prosesinin bütün əsas aspektlərini izləyəcək və seçkilərin ATƏT-in öhdəlikləri, demokratik seçkilər üzrə digər beynəlxalq standartlar, eləcə də milli qanunvericiliyə uyğun həyata keçirilməsini qiymətləndirəcək.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.