SİYASƏT


ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Azərbaycan jurnalistlərinin ölümü ilə bağlı başsağlığı verib

Vyana, 5 iyun, AZƏRTAC

ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi Tereza Ribeyro Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) müxbiri Məhərrəm İbrahimovun və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru Sirac Abışovun faciəvi ölümü ilə bağlı dərin narahatlığını və kədərini ifadə edib.

AZƏRTAC xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilən bəyanatda hər iki jurnalistin iyunun 4-də Kəlbəcər rayonunda peşə fəaliyyətlərini həyata keçirərkən minanın partlaması nəticəsində həlak olduqları, AzTV-nin rejissoru Emin Məmmədov da daxil olmaqla digər şəxslərin xəsarət aldığı əksini tapıb.

“Məhərrəm İbrahimov və Siraj Abışovun faciəli ölümü dəhşətli bir xəbərdir, yaxınlarına və həmkarlarına dərin hüzünlə və başsağlığı verirəm”,- deyə T. Ribeyro bəyanatda qeyd edib.

T. Ribeyro hüquq-mühafizə orqanlarının bu məsələ ilə bağlı istintaq başlatdıqlarını qeyd edərək, jurnalistlərin ölümünə görə tam cavabdehliyin təmin ediləcəyinə ümidvar olduğunu bildirib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.