SİYASƏT


ATƏT-in Minsk qrupu həmsədrləri bəyanat yayıb

Bakı, 14 sentyabr, AZƏRTAC

ATƏT-in Minsk qrupu həmsədrləri (Rusiya Federasiyasından İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endrü Şofer) Parisdə məsləhətləşmələr aparıblar.

AZƏRTAC ATƏT-in saytına istinadən məlumat verir ki, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər bu il iyulun ortalarında Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələrə xüsusi diqqət yetirərək bölgədəki vəziyyəti nəzərdən keçiriblər. Onlar tərəflərin mesajlarını və narahatlıqlarını diqqətlə nəzərdən keçirərək qiymətləndiriblər.

Həmsədrlər A.Kaspşik tərəfindən döyüş mövqelərindəki vəziyyət barədə məlumat alıb və monitorinqi bərpa etmək üçün etdiyi hərəkətləri alqışlayıblar.

Minsk qrupunun yaydığı bəyanatda deyilir ki, həmsədrlər ATƏT-dəki mandatlarına uyğun olaraq münaqişənin dinc və hərtərəfli nizamlanmasına dair danışıqlara fəal və hərtərəfli kömək etməyə davam edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.