SİYASƏT


ATƏT-in baş katibi və Rusiyanın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasını müzakirə edəcəklər

Bakı, 18 aprel, AZƏRTAC 

Aprelin 24-də ATƏT-in baş katibi Tomas Qreminger və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 18-də keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

Tərəflərin görüşü aprelin sonunda beynəlxalq təhlükəsizliyə dair VIII Moskva Konfransı çərçivəsində keçiriləcək. Rusiya XİN rəsmisinin sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, digər beynəlxalq məsələlər, o cümlədən Avropanın təhlükəsizliyi, Dnestryanı bölgədə, Balkan ölkələrində və Mərkəzi Asiyada vəziyyət ətrafında fikir mübadiləsi aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.