SİYASƏT


ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın Tehrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyib

Vyana, 28 yanvar, AZƏRTAC

ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumu qətiyyətlə pisləyib və günahkarların məsuliyyətə cəlb olunmasına çağırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə B.Osmani tviter hesabında bildirib. O, diplomatik nümayəndəliklərə hücumların qəbuledilməz olduğunu qeyd edib.

ATƏT-in fəaliyyətdə olan sədri silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisinin ailəsinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

 
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.