DÜNYA


ATƏT-in fəaliyyətdə olan sədri Ukraynada qoşunların təmas xəttində olub

Kiyev, 16 yanvar, AZƏRTAC

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ukraynada qoşunların təmas xəttində olub.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, M.Layçak qoşunların təmas xəttində vəziyyəti öyrənmək üçün ATƏT-in nümayəndələri ilə görüşüb. Görüşdə Ukraynanın xarici işlər naziri Pavel Klimkin də iştirak edib.

Xatırladaq ki, ATƏT-in fəaliyyətdə olan sədrinin yanvarın 15-dən Ukraynaya başlayan səfəri çərçivəsində ölkənin Baş naziri Vladimir Qroysmanla görüşü olub.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.