SİYASƏT


ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Azərbaycana səfər edəcək

Tbilisi, 19 iyul, AZƏRTAC

ATƏT-in media azadlığı məsələləri üzrə nümayəndəsi Arlem Dezir yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Arlem Dezir jurnalistlərə açıqlamasında söyləyib. O deyib: “Yaxın vaxtlarda Cənubi Qafqaz ölkələrinə səfərim çərçivəsində Azərbaycana gedəcəyəm. Məqsədim Cənubi Qafqaz ölkələrində, eləcə də Azərbaycanda söz və mətbuat azadlığının vəziyyəti ilə yerində tanış olmaqdır”.

A.Dezir deyib ki, ATƏT-in Tbilisidə keçirilən "Cənubi Qafqaz regionunda media azadlığı" adlı 15-ci beynəlxalq konfransında azad mətbuatın, peşəkar jurnalistikanın inkişafı barədə müxtəlif fikirlər səsləndirildi. “Səfər çərçivəsində konfransda qəbul olunmuş tövsiyələrin icrası, həm də KİV-lərin vəziyyəti ilə yerindəcə tanış olacağam”, - deyə o vurğulayıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.