ATƏT-in seçki müşahidə missiyasının təmsilçisi Mətbuat Şurasında olub
AzerTAg.az
Bakı, 15 yanvar, AZƏRTAC
ATƏT-in Azərbaycanda seçki müşahidə missiyasının media analitiki Kira Kalinina yanvarın 15-də Mətbuat Şurasında olub.
AZƏRTAC xəbər verir ki, Şuranın sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun missiyasından söz açıb. O, Mətbuat Şurasının seçki dövrlərindəki iş prinsipləri barədə məlumat verib.
ATƏT-in Azərbaycanda seçki müşahidə missiyasının təmsilçisi K.Kalinina missiyanın görəcəyi işlər barədə məlumat verib.
Şura sədrinin müavinləri – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərlinin də iştirak etdikləri görüşdə, həmçinin Azərbaycanda söz və ifadə azadlığı ilə bağlı məsələlər, medianın vəziyyəti müzakirə edilib.

Xəbərin mətnində orfoqrafik səhv var