DÜNYA


ATƏT-in sədri Gürcüstanda səfərdədir

Tbilisi, 11 fevral, AZƏRTAC

Gürcüstanda səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Miroslav Layçak fevralın 11-də Tbilisidə bu ölkənin xarici işlər naziri David Zalkaliani ilə görüşüb.

Gürcüstan Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə bu ölkə ilə ATƏT arasında əlaqələrin inkişafı, regiondakı vəziyyət, münaqişələrin həlli istiqamətində ATƏT-in rolunun artırılması, münaqişə bölgələrindən olan məcburi köçkünlərin hüquqlarının müdafiəsi və digər məsələlər müzakirə olunub.

Görüşdən sonra keçirilən brifinqdə D.Zalkaliani deyib ki, son 10 ildə beynəlxalq ictimaiyyət Gürcüstanın üzləşdiyi münaqişənin sülh yolu ilə həllinə böyük dəstək verib.

“Yalnız beynəlxalq birliyin möhkəm və davamlı dəstəyi nəticəsində inkişafa və uzunmüddətli sabitliyə və sülhə nail ola bilərik”, – deyə diplomat vurğulayıb.

O bildirib ki, rəsmi Tbilisi regiondakı gərgin vəziyyətin normallaşmasında, xüsusən də Gürcüstan-Rusiya münasibətlərinin tənzimlənməsində ATƏT-in daha çox səy göstərəcəyinə ümid edir.

Miroslan Layçaq qeyd edib ki, görüşdə bir sıra məsələlər, o cümlədən Gürcüstana dəstək məsələsi diqqət mərkəzində olub. O deyib: “Təşkilatımız “insanlar, dialoq və sabitlik” prinsiplərini əsas tutur və səylərimizi münaqişələrdən əziyyət çəkən insanların həyat tərzinin yaxşılaşmasına yönəldəcəyik”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.