DÜNYA


ATƏT-in yeni rəhbər funksionerləri müəyyənləşib

Vyana, 4 dekabr, AZƏRTAC

ATƏT-in dörd mühüm rəhbər vəzifəsinə (ATƏT-in Baş katibi, Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin rəhbəri, ATƏT-in media azadlığı üzrə nümayəndəsi və Milli azlıqlar üzrə xüsusi nümayəndə) təyinatlar təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, iyuldan bəri boş qalan rəhbər postlar üzrə təyinatlar Nazirlər Şurasının toplantısı çərçivəsində baş tutub. Alman diplomat Helqa Şmid ATƏT-in Baş katibi vəzifəsinə seçilib. 59 yaşlı təcrübəli diplomat son olaraq Avropa İttifaqının Xarici Siyasət Xidmətinə rəhbərlik edib və Aİ-nin xarici siyasəti və diplomatiyasında əsas fiqurlardan biri olub. Onun, eyni zamanda, 2015-ci ildə İranın nüvə proqramından dinc məqsədlər üçün istifadəyə dair sazişin hazırlanması və qəbulunda da mühüm rol oynadığı bildirilir.

Portuqaliya hökumətinin xarici işlər üzrə dövlət katibi Tereza Ribeyro ATƏT-in Media azadlığı üzrə xüsusi nümayəndəsi, İtaliya parlamentinin keçmiş üzvü Matteo Mekaççi Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin rəhbəri və Qazaxıstanın keçmiş xarici işlər naziri Kayrat Abdrahmanov isə ATƏT-in Milli azlıqlar üzrə xüsusi nümayəndəsi seçilib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.