Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ATƏT məkanındakı münaqişələr Avropada sülhə və təhlükəsizliyə əsas təhdiddir

ATƏT məkanındakı münaqişələr Avropada sülhə və təhlükəsizliyə əsas təhdiddir Bakı, 26 sentyabr (AZƏRTAC). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Məclisinin 69-cu sessiyasında iştirakı çərçivəsində sentyabrın 26-da ATƏT-in “Avropanın təhlükəsizlik böhranının cavablandırılması: Gələcəyə baxış və ATƏT-in rolu” mövzusunda keçirilən nazirlər iclasında çıxış edib.

Nazir deyib ki, biz ATƏT məkanında təşkilatın öz mandatına uyğun səmərəli fəaliyyət nümayiş etdirməsini əngəlləyən və üzv dövlətlərin təhlükəsizliyinə təsir göstərən bir sıra yeni çağırışlar müşahidə edirik. Bunlar arasında Helsinki Yekun Aktının təməl prinsiplərinin seçimli təhrifini, beynəlxalq münasibətlərdə güc nümayiş etdirilməsinin və ya təhdid hallarının kəskin artmasını, həmçinin gücdən istifadə nəticəsində ATƏT-ə üzv ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının təminatının iflasa uğramasını misal çəkmək olar.

Bildirilib ki, insan hüquqlarına və fundamental azadlıqlara tam və əhatəli yanaşmanın olmaması, ikili standartların və seçimli mövqenin nümayişi, insan hüquqları adı altında ATƏT-ə üzv ölkələrdə təhlükəsizliyi pozmaq cəhdləri də mövcuddur. Təşkilatı bir-birinə qarşı olan və bir-biri ilə rəqabət aparan siyasi-hərbi məkana çevirmək cəhdləri də narahatedicidir. Belə qruplaşmalar əsasında rəqabət ATƏT məkanının bölünməzliyini sual altına qoyur və bu, müxtəlif səbəblərdən kollektiv müdafiə institutlarına qoşulmayan və ya qoşula bilməyən dövlətlərə təsir edir ki, onlar da Avropa təhlükəsizlik arxitekturasında ATƏT-in rolunun azalması ilə narahat olurlar. ATƏT məkanında heç bir dövlət, dövlətlər qrupu və ya təşkilat sülhün və təhlükəsizliyin qorunması üçün başlıca məsuliyyətə iddia edə bilməz. Həmçinin ATƏT-in məkanını özünün təsir zonasının hər hansı bir hissəsi hesab edə bilməz.

Elmar Məmmədyarov vurğulayıb ki, hər hansı bir bloka qoşulmayan ölkə olan Azərbaycan üçün ATƏT onu birtərəfli təsirlərdən qoruyan beynəlxalq öhdəliyə malik ümumavropa təhlükəsizliyinin təminatçısıdır.

Diqqətə çatdırılıb ki, ATƏT məkanında eyni vaxtda inkişaf edən inteqrasiya prosesləri qayəsi var. Bu, yalnız inteqrasiya proseslərinin tərkib hissəsi olmağa səy göstərən dövlətlər üçün deyil, eləcə də bloklara qoşulmayan iştirakçı dövlətlər üçün bir sıra hədə və təhdidlər yaradır. Belə proseslər ATƏT çərçivəsində müzakirə olunmur, lakin bunlar ATƏT-ə üzv ölkələrin təhlükəsizliyinə təsir edir və ATƏT-in öhdəliklərinin icrasının dairəsini şübhə altına alır. Bunlar böhrana gətirib çıxardığı halda isə ATƏT buna reaksiya verən yeganə regional təşkilat olaraq qalır, çünki heç bir blok və ya bir-biri ilə yarışan inteqrasiya ittifaqları konstruktiv razılığın və dialoq mədəniyyətinin inkişafında və kompromisə getməkdə həvəs göstərmir. ATƏT Avropa təhlükəsizliyi arxitekturasının təməl daşıdır. Etimadın və təhlükəsizliyin təşviqi, həmçinin dialoq platforması kimi təşkilatın rolunun tanınması olduqca vacibdir.

Elmar Məmmədyarov deyib: “ATƏT-ə üzv ölkələr kimi biz müştərək təhlükəsizliyimizin əsası olan Helsinki Yekun Aktının, onun təməl prinsiplərinin, həmçinin ATƏT-in öhdəliklərinin təqdir olunması üçün öhdəliklərimizə riayət etməliyik”.

Qeyd olunub ki, ATƏT sənədləri üzv dövlətlərin bir-biri ilə və əraziləri çərçivəsində fərdlərlə davranışları üçün aydın qaydalar müəyyən edib. ATƏT öhdəlikləri heç bir istisna olmadan üzv ölkələrin hamısına bərabər qaydada tətbiq edilir. Onların

xoşməramlı davranışları dövlətlər, hökumətlər və onların vətəndaşları, habelə üzv olduqları təşkilatlar arasında münasibətlər üçün olduqca vacibdir. Xüsusilə qeyd olunmalıdır ki, ATƏT hər hansı Qərb və ya Avrasiya meyilli ittifaq və bloklar üçün rəqib və ya yarışçı deyil, bura fikir ayrılıqlarının və ziddiyyətlərin konstruktiv məcrada müzakirə oluna biləcəyi geniş bir platformadır. Əgər təşkilat baş verən böhranlara təkcə reaksiya verməklə deyil, onların daha da gərginləşməsinin qarşısını almağı bacarsa, o zaman ATƏT-in üstünlüyündən tam yararlanmaq olardı.

Nazir deyib: “Fikrimizcə, ATƏT-in əsas missiyası onun dəstəklədiyi norma və prinsiplərin məhdudiyyətlər, ikili standartlar və coğrafi üstünlüklər olmadan müdafiəsi, habelə üzv dövlətlər arasındakı münasibətlərdə onlara hörmətin təmin edilməsidir.

ATƏT-ə üzv olan hər hansı ölkədə təhlükəsizliyə təsir edən istənilən məsələnin müzakirəsi üçün təşkilatın gündəliyinin açılması və onun konstruktiv, ittihamsız əsasda müzakirə edilməsinə səy göstərilməsi olduqca vacibdir. ATƏT-də əsas maraqlı tərəflər, xüsusilə təhlükəsizliyə kənar təsirin olduğunu hiss edən dövlətlər arasında qeyri-rəsmi məsləhətləşmələrin inkişaf etdirilməsinə ehtiyac var. Bu xüsusda, 1999-cu ildə Avropa Təhlükəsizlik Xartiyasının əsas elementi kimi qəbul edilmiş Müştərək Təhlükəsizlik Platforması ATƏT çərçivəsində az istifadə olunan bir üstünlükdür. Bu, əməkdaşlığın ruhuna uyğun şəkildə və bərabər əsasda mötəbər təşkilatlar ilə əməkdaşlığı inkişaf etdirə və daha da gücləndirə bilər. Belə əməkdaşlıq qarşılıqlı güclənməyə xidmət etməlidir, eyni zamanda, ATƏT-ə üzv bloklara qoşulmayan ölkələrin də təhlükəsizlik maraqları ATƏT və onun tərəfdarları arasında səmərəli münasibətlərin qurulması üçün aparılan danışıqlar

zamanı nəzərə alınmalıdır”.

Nazir vurğulayıb ki, ATƏT məkanında münaqişələr Avropa qitəsində sülhə və təhlükəsizliyə əsas təhdiddir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində cari vəziyyət regionda sülhə və sabitliyə böyük təhlükədir. Münaqişənin həlli üçün irəliləyiş Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən geri çəkilməsi və etnik təmizləməyə məruz qalmış azərbaycanlıların doğma yurd-yuvalarına geri qayıtması ilə ola bilər. Bu addım həm də Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan azərbaycanlı və erməni icmaları arasında etimad mühitinin formalaşmasına kömək edəcək. Bu isə davamlı sülh quruculuğu istiqamətində çox vacibdir.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri deyib: “Biz inanırıq ki, ATƏT-in üzv ölkələri yuxarıda göstərilən yanaşma əsasında münaqişənin tezliklə həlli istiqamətində qəti mövqeyimizi bir daha təsdiq edəcəklər”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çempionlar Liqası: “Qol yağışı”nda PSJ və “Borussiya Dortmund” sevinib

Rişi Sunak və Benyamin Netanyahu arasında telefon danışığı olub

Kanada beş il ərzində Ukraynaya 1,16 milyard dollarlıq hərbi yardım köçürəcək

QHT sədri: COP29 zamanı Bakının dünyaya nümunə olacaq təcrübə təqdim edəcəyinə inanırıq

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib