CƏMİYYƏT


ATƏT nümayəndəsi KİVDF-nin fəaliyyəti ilə tanış olub

Bakı, 23 yanvar, AZƏRTAC

Yanvarın 23-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Seçki Müşahidə Missiyasının media analitiki Kira Kalinina Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda olub.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qurumun fəaliyyəti barədə qonağa məlumat verib. O, mərkəzi və yerli icra hakimiyyəti orqanları, eləcə də beynəlxalq təşkilatlar və diplomatik korpusla əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən birgə tədbirlərin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu deyib.

İcraçı direktor bildirib ki, ölkəmiz üçün mühüm siyasi əhəmiyyət kəsb edən seçkilər ərəfəsində Fondun Mərkəzi Seçki Komissiyası ilə birgə keçirdiyi konfranslar jurnalistlərin maarifləndirilməsinə xidmət edib.

Sonda Kira Kalininanı maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.